AZ

Qalmaqallı olay: Baş nazir çevrilişdə ittiham olundu

Polşanın baş naziri Donald Tusk dövlət çevrilişində ittiham olunub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovski məlumat verib.

"Yanvarın 31-də baş nazir, nazirlər, Seym sədri, Senat sədri, deputatlar tərəfindən dövlət çevrilişi cinayətinin törədilməsində hüquqi şübhə ilə bağlı 60 səhifəlik bildiriş imzaladım", -  Svençkovski qeyd  edib.

Onun sözlərinə görə, ifadəni aldıqdan sonra prokuror Mixal Ostrovski cinayət işinin istintaqına başlayıb.

Sənədə əsasən, həmin şəxslər 2023-cü il dekabrın 13-dən Polşanın konstitusiya quruluşunu dəyişdirmək, Konstitusiya Məhkəməsinin və digər konstitusiya orqanlarının fəaliyyətini dayandırmaq, o cümlədən zorakılıq və qanunsuz hədələr yolu ilə mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstəriblər.

Svençkovskinin bu paylaşımına cavab olaraq, Tusk stolüstü tennis oynayarkən "dövlət çevrilişi" sözləri və gülən emoji ilə müşayiət olunan videonu yayımlayıb. “Dostlar, bizim burada daha ciddi problemlərimiz var”, - Tusk yazıb.

Polşa prezidenti Anjey Duda çevrilişlə bağlı şübhələrlə razı olub-olmadığını birbaşa açıqlamayıb, lakin Svençkovskini təcrübəli prokuror adlandırıb və hökumət üzvlərinin qanunları pozduğunu qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrından Polşa hökumətinə Vətəndaş Platformasının lideri Donald Tuskun rəhbərlik etdiyi koalisiya rəhbərlik edir. 

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
1
24
Demokratikmusavat.com

10Mənbələr