ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.
“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, - o deyib.
Tramp bir daha bildirib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi də sələfi Cozef Baydenin üzərinə düşür.