AZ

Bakıda yol nişanına görə problemlərin yarandığı KƏSİŞMƏ - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Demokratikmusavat.comxəbər verir ki, bu dəfə paytaxtın Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi nöqtədə yaranan problem barədə məlumat verilib.

Sözügedən kəsişmədə "Yol ver" nişanının çox geridə qaldığı bildirilib:

"Hərəkətin intensivliyinə və istiqamətlər üzrə zolaqların sayına baxanda Mirzağa Əliyev küçəsi tərəfdən gələnlərin soldan üç zolaqla hansı məqsədlə gözlədiyi müəmmalıdır. Məntiqlə düşünəndə ən sol zolaqdakılar düzünə hərəkət edir. Bunu da tənzimləmək üçün əvvəldə zolaqlar üzrə hərəkəti göstərən məlumatverici nişan olmalıdır".

Vurğulanıb ki, Azərbaycan prospektindən gələnlərin sayı ilə digər istiqamətdən gələnlərin sayındakı kəskin fərq, həm də "Yol ver" nişanının tam kəsişmə nöqtəsində olmaması çaşqınlıq yaradır:

"Yaxşı olar ki, mobilliyi təmin etmək üçün "Yol ver" nişanı Mirzağa Əliyev küçəsi ilə gələnlərin yalnız sağ zolağına aid edilsin. Çünki əksər hallarda o zolaqdan gələnlər irəlidə sağa manevr edir".

Ətraflı süjetdə:

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
3
24
Demokratikmusavat.com

10Mənbələr