AZ

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma keçirilib.

"Neftçi" "Gənclər" kollektivini 3:0, “Xilasedici” isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.

Ötən gün baş tutan turun açılış matçında "Azərreyl" MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Seçilən
12
4
report.az

10Mənbələr