Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma keçirilib.
"Neftçi" "Gənclər" kollektivini 3:0, “Xilasedici” isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.
Ötən gün baş tutan turun açılış matçında "Azərreyl" MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.