AZ

Türkiyə-Rusiya arasında danışıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici Diplomatik Xidmətinin saytında məlumat verilib.

Qeyd olunur ki, tərəflər Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində addımların sıx əlaqələndirilməsinin vacibliyini təsdiqləyiblər.

Tərəflər Suriya və ətrafındakı vəziyyəti müzakirə ediblər. Lavrov və Fidan həmçinin Yaxın Şərq və Ukrayna da daxil olmaqla, ikitərəfli, regional və beynəlxalq aktual məsələlərdə yaxın təmasda olmaq barədə razılığa gəliblər.

Bundan əvvəl Lavrov bəyan etmişdi ki, Qərb Rusiya, Çin və İranı Suriyadan çıxarmaq istəyir. Onun fikrincə, Qərbin bu ölkələri Suriyada nizamlanmaya xaricdən dəstək prosesindən çıxarmaq cəhdləri çətin ki, xoş niyyətlə diktə olunsun, söhbət onların rəqiblərini ikinci dərəcəli mövqelərə sıxışdırmaq niyyətindən gedir.

Bundan əvvəl Kreml Suriyada Rusiya bazalarının saxlanılması imkanlarını dəyərləndirib.

Seçilən
29
2
oxu24.com

4Mənbələr