AZ

Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Rusiya Federasiyası və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün addımların sıx əlaqələndirilməsinin vacibliyini təsdiqləyiblər.

Tərəflər Suriya və ətrafındakı vəziyyəti müzakirə ediblər. Lavrov və Fidan həmçinin Yaxın Şərq və Ukrayna da daxil olmaqla, ikitərəfli, regional və beynəlxalq aktual məsələlərdə yaxın təmasda olmaq barədə razılığa gəliblər.

Seçilən
18
2
publika.az

4Mənbələr