AZ

İstanbul hava limanında sərnişindaşıma 6 milyon nəfəri keçib

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyənin İstanbul Hava Limanınagələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7faiz artaraq, 6 milyon 434 min 570 nəfər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 1 milyon 233 min651 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 5 milyon 200min 919 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 265 min 591 tontəşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrüilə müqayisədə 10 faiz artaraq, 15 min 270 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz artaraq, 250min 321 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı iləmüqayisədə 5 faiz artaraq, 42 min 921 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 9 min3, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 33 min 918 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Seçilən
62
19
az.trend.az

10Mənbələr