AZ

Ankara Esenboğa hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib

Bakı. Trend:

2025-ci ilin fevral ayında Türkiyənin Ankara Esenboğa HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 6 faiz artaraq, 2 milyon 74 min 566 nəfər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 572 min 413nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 502 min 153 nəfərtəşkil edib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 20 min 367 ton təşkiledib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü iləmüqayisədə 7 faiz artaraq, 12 min 468 ton, beynəlxalq reyslər üzrəyük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 7 min 899ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı iləmüqayisədə 2 faiz artaraq, 15 min 223 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 11 min218, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 4 min 5 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Seçilən
25
14
az.trend.az

10Mənbələr