Bakı. Trend:
2025-ci ilin fevral ayında Türkiyənin Sabiha Gökçen HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 9 faiz artaraq, 6 milyon 889 min 838 nəfər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 2 milyon 863 min 78nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 4 milyon 26 min760 nəfər təşkil edib.
2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 78 min 336 tontəşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrüilə müqayisədə 10 faiz artaraq, 23 min 834 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 54min 510 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı iləmüqayisədə 6 faiz artaraq, 39 min 983 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq, 16min 283, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 23 min 700olub.
2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə694 min 727 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.