AZ

Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə öldü

Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.

 Oxu24.com un əldə etdiyi məlumata görə, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.

Nəticədə o, ağır xəsarət alıb.

M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
75
11
oxu24.com

10Mənbələr