AZ

Xəstəxanada başını divara çırpan xəstə ÖLDÜ


Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.
Medicina.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.

Nəticədə o, ağır xəsarət alıb.

M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
75
11
medicina.az

10Mənbələr