AZ

Ramosun yeni klubu bilindi

"Sevilya"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşa bilməyən Serxio Ramosun yeni iş yeri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, əfsanəvi ispan futbolçu karyerasını Meksika Liqasında davam etdirəcək.

İspan futbolçu "Monterrey" klubu 1 illik müqavilə imzalayıb.

Futbolçu karyerasına “Sevilya”nın gənclər akademiyasında başlayan Serxio Ramos 2005-ci ildə “Real Madrid”ə transfer olunub. Uzun illər oynadığı Madrid komandasını 2021-ci ildə tərk edərək PSJ ilə müqavilə imzalayan ispan müdafiəçi 2023-cü ildə "Sevilya"ya qayıdıb. Ramos ötən mövsüm başa çatdıqdan sonra "Sevilya"dan ayrılıb.

Serxio Ramos karyerası ərzində 816 oyun keçirib, 117 qol vurub və 42 məhsuldar ötürmə edib.

"Monterrey" ilə müqavilə imzalayan Serxio Ramos karyerasında ilk dəfə Avropadan kənar komandada çıxış edəcək.

"Monterrey" Meksika Liqasında 13-cü yerdədir.

Seçilən
9
40
90deqiqe.az

10Mənbələr