Bakı. Trend:
Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari ilinyanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam1,717,520,747 manat kompensasiya ödənişini həyata keçirib.
Bu barədə TrendFonda istinadən xəbər verir.
Bildirilib ki, son 4 ildə 6 bank üzrə toplam 35020 nəfər qorunanəmanətçiyə ümumilikdə 897,581,697 manat kompensasiya ödənişi həyatakeçirilib:
"Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus pandemiyasısəbəbilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiqolunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığortahadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankınləğvedicisi təyin olunduqda uzaqgörən və uğurlu siyasət həyatakeçirirək qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişinihəyata keçirməklə fəaliyyət tarixində ilkə imza atıb.
Məhz 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 banküzrə toplam 35020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,581,697manat kompensasiya ödənişi həyata keçirilib".