AZ

ƏSF kompensasiya məbləğini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu yaradıldığı gündən bu il yanvarın 1-nə qədər ləğv prosesində olan 19 bank üzrə ümumilikdə 1 milyard 717,521 milyon manat kompensasiya ödəyib.

Apress.az Fonda istinadən xəbər verir ki, ödəniş 62 520 əmanətçiyə həyata keçirilib.

“Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası səbəbilə sərt karantin rejiminin, habelə hərbi rejimin tətbiq olunduğu 2020-ci ildə Fond sığorta hadisəsi baş vermiş 4 bankın, növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda uzaqgörən və uğurlu siyasət həyata keçirirək qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişini həyata keçirməklə fəaliyyət tarixində ilkə imza atıb. Məhz 2020-ci ildən 2024-cü ilə qədər ləğv prosesində olan 6 bank üzrə ümumilikdə 35 020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,582 milyon manat kompensasiya ödənilib”, – deyə məlumatda qeyd olunub.

Seçilən
50
3
apress.az

7Mənbələr