AZ

Azərbaycanda son beş ildə orta əməkhaqqı 40%-dən çox artıb

Bakı. Trend:

Ötən ilin ilkin məlumatlarına əsasən, Azərbaycaniqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominaləməkhaqqı 1 009,2 manat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 75,4 manatvə ya 8,1%, son beş ilin göstəriciləri ilə müqayisədə isə 301,9manat, yaxud da 42,7% çoxdur. Belə ki, 2023-cü ildə ölkəiqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominaləməkhaqqı 933,8 manat, 2020-ci ildə isə 707,3 manat olub.

Həmçinin, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında muzdlaçalışan işçilərin orta aylıq nominal əməkhaqqı 732,1 manat, 2022-ciildə isə 839,4 manat idi.

Qeyd edək ki, ötən il iqtisadiyyatın mədənçıxarma sənayesi,maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət,eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominaləməkhaqqı daha yüksək olub.

Xatırladaq ki, cari ilin yanvarın 1-i vəziyyətinə ölkəiqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlaraəsasən 1,7 milyon nəfər olub, onlardan 882,8 min nəfəriiqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlətsektorunda fəaliyyət göstərib.

Seçilən
107
4
az.trend.az

10Mənbələr