Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların aşması qeydə alınıb.
Day.Az xəbər verir ki, Trend məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.
"7 Fevral 2025-ci il tarixində Bakı şəhərində əsən güclü külək nəticəsində 35 ədədə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb. Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb. Hal-hazırdada tərəfimizdən operativ tədbirlər görülməkdədir", - deyə Birlikdən bildirilib.
Qeyd edək ki, iri gövdəli ağaclar ərazidən doğranaraq yığışdırılır.
Trend ərazidən görüntüləri təqdim edir: