AZ

Amorim “Mançester Yunayted”in hücumçu almamasını əsaslandırdı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın qış transfer pəncərəsində hücumçu almamasını əsaslandırıb.

Arena.az “The Mirror” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq mövzuda qənaətini təqdim edir:

“Biz transferlər mövzusunda çox ehtiyatlıyıq, belə ki, keçmişdə bəzi xətalara yol vermişik. Bu, mənim qərarımdır, odur ki, biz müəyyən riskə gedirik, amma bu, bizim yolumuzdur. Mənim, nə etmək istədiyimlə bağlı aydın təsəvvürüm var və mən müvafiq risklərə gedirəm, çünki nəticədə bu, özünü doğruldacaq”, deyə Amorim əminliklə vurğulayıb.

Xatırladaq ki, hücumçu almamasına rəğmən, “Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ruben Amorimin “fitvası” ilə “qırmızı şeytanlar”ın məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşfordu “Aston Villa”ya, braziliyalı cinah hücumçusu Antonini isə “Betis”ə icarəyə göndərib.

24 oyundan 29 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
91
26
arena.az

10Mənbələr