AZ

Amorim Qyokeresi komandasında görmək istəyir

"Sportinq"in hücumçusu Viktor Qyokeres "Mançester Yunayted"ə keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu Qyokeres üçün 70 milyon avro tələb edir.

İsveçlinin imzalanmasında şəxsən “Sportinq”in keçmiş baş məşqçisi Ruben Amorim tərəfindən təkid edildiyi bildirilir.

Viktor Qyokeres bu mövsüm Lissabon klubunun heyətində bütün turnirlərdə 35 matçda 34 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
32
26
operativmm.az

10Mənbələr