Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ 7 km dərinlikdə baş verib.
Dağıntılar barədə məlumat yoxdur.