Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb. Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta