AZ

Türkiyə sahillərində güclü zəlzələ oldu 

  Egey dənizində ard-arda iki güclü zəlzələ qeydə alınıb.

Referans.az türk mediasına istinadla xəbər verir ki, AFAD-ın məlumatına görə, fevralın 10-da yerli vaxtla saat 23:16-da Egey dənizində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub və Muğlanın Bodrum rayonundan 160,66 km məsafədə yerləşib. İlkin məlumatlara görə, zəlzələ hər hansı bir fəsada səbəb olmayıb.

Bundan təxminən iki saat sonra, fevralın 11-də, saat 01:37-də 5,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələnin episentri Bodrumun Turgutreis bölgəsindən 147,56 km məsafədə olub.

Zəlzələdən sonra 2-3 bal gücündə çoxsaylı afterşoklar baş verib.

Təkanlar nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb./Milli.Az


Seçilən
28
4
referans.az

5Mənbələr