17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, millimiz Dubay şəhərində təşkil olunmuş hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
U-17 yığmamız BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Aylin Kərimova vurub.
Qeyd edək ki, bu komandalar arasında fevralın 10-da daha bir yoxlama oyunu baş tutacaq.