AZ

Millimiz ilk yoxlama oyununu keçirdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət millimiz ilk yoxlama oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Aylin Kərimova vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 10-da baş tutacaq

Seçilən
78
6
football-plus.az

9Mənbələr