Bakıda 18 yaşlı oğlan mübahisə zəmnində bıçaqlanıb.
Bakupost.az xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Həsən Mirzə Vüsal oğlu öz evlərinin qarşısına çağırılaraq bıçaqlanıb. Hadisənin qız üstündə baş verdiyi deyilir.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Lalə, BakuPost