AZ

Bakıda 18 yaşlı oğlan qız üstündə bıçaqlandı

Bakıda 18 yaşlı oğlan mübahisə zəmnində bıçaqlanıb.

Sherg.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü Mirzə Vüsal oğlu Həsən öz evlərinin qarşısına çağırılaraq bıçaqlanıb. Hadisənin qız üstündə baş verdiyi deyilir.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
31
2
sherg.az

3Mənbələr