AZ

Şirkət əməkdaşı iş başında ÖLDÜ

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Demokrat.az xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.

Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Seçilən
33
7
demokrat.az

8Mənbələr