AZ

Neftçalada şirkət əməkdaşı iş başında öldü

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.

Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Seçilən
31
7
news24.az

8Mənbələr