AZ

"Araz-Naxçıvan" "Kəpəz"lə matça 3 itki ilə çıxacaq

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 22-ci turunda keçiriləcək "Kəpəz"lə matçın hazırlığına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Soyuq, qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib. Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.

Qeyd edək ki, sözügedən matç fevralın 10-da "Liv Bona Dea Arena"da, saat 16:00-da start götürəcək.

Bizim.Media

Seçilən
49
4
bizim.media

8Mənbələr