"Araz-Naxçıvan" Misli premyer-liqasının 22-ci turunda keçiriləcək "Kəpəz"lə matçın hazırlığına başlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Soyuq, qarlı havada təxminən bir saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib. Əvəzində zədəlilər - Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.
Qeyd edək ki, oyun fevralın 10-da "Liv Bona Dea Arena"da, saat 16.00-da start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta