Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail Baş naziri Binyamin Netanyahunun fələstinlilərin köçürülməsi və bu ölkənin ərazisində Fələstin dövlətinin yaradılması barədə bəyanatına cavab verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın XİN İsrail Baş nazirinin bəyanatını qəbuledilməz sayıb.
Qeyd edilib ki, məqsəd İsrailin Qəzzadakı əməllərindən diqqəti yayındırmaqdır, fələstinlilərin öz torpaqlarında yaşamaq hüququ var.
Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli zəruri saymasına cavab olaraq Binyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yaradıla biləcəyini söyləyib.