AZ

Netanyahunun fələstinlilərə dair bəyanatını qəbuledilməzdir - Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail Baş naziri Binyamin Netanyahunun fələstinlilərin köçürülməsi və bu ölkənin ərazisində Fələstin dövlətinin yaradılması barədə bəyanatına cavab verib.

 

Modern.az-ın xəbərinə görə, Səudiyyə Ərəbistanın XİN İsrail Baş nazirinin bəyanatını qəbuledilməz sayıb.

 

Qeyd edilib ki, məqsəd İsrailin Qəzzadakı əməllərindən diqqəti yayındırmaqdır, fələstinlilərin öz torpaqlarında yaşamaq hüququ var.

 

Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli zəruri saymasına cavab olaraq Binyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yaradıla biləcəyini söyləyib.

Seçilən
3
3
modern.az

4Mənbələr