AZ

Xırdalanda yaşayış binasında yanğın başlayıb 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub...

FHN Mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Xırdalanda "Kristal Abşeron 1" yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, yanğın binanın 10-cu mərtəbəsində baş verib.

Hadisə yerinə yanğınsşndürmə briqadaları cəlb olunub.

Poliqon.info

Seçilən
25
38
poliqon.info

10Mənbələr