AZ

Binəqədidə sexin ərazisində yanğın söndürülüb YENİLƏNİB

Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında yerləşən sexin ərazisində baş verən yanğının qarşısı alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexin ərazisində tullantılar yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

11:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
50
38
xezerxeber.az

10Mənbələr