Misli premyer-liqasında 22-ci tura bu gün Şamaxıda start verilib.
Tura çərşənbə axşamı keçiriləcək “Qarabağ” – “Səbail” oyunuyla yekun vurulacaq.
9 fevral
Şamaxı – Sumqayıt 0:0
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 22:+11=5-6, 33:21.
2011/12 - 2:0; 2012/13 - 1:0; 2013/14 - 2:0, 2:0; 2014/15 - 5:1, 0:0; 2015/16 - 2:3, 2:2; 2016/17 - 3:1, 1:0; 2017/18 - 1:1, 1:2; 2018/19 - 1:2, 2:1; 2019/20 - 2:1; 2020/21 - 0:1, 0:1; 2021/22 - 0:2, 1:1; 2022/23 - 4:2, 0:0; 2024/25 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR hakimi: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Şamaxılı futbolsevərlərin qələbə üçün gözünün kökü saralıb. Son 14 turda yalnız bir dəfə sevinən “şirlər” sürətlə sonuncu pilləyə yuvarlanmaqdadı. İndi doğma meydan amilindən də yararlanıb inamlı qələbə qazanmaq şərt olsa da, rəqibin “Sumqayıt” olması məsələni çətinləşdirir. Düzdü, “kimyaçılar” da son 5 oyunda qələbəyə həsrətdi.
Komandalar indiyə qədər 45 dəfə üz-üzə gəlib. Bunların 19-də bölgə, 13-də “gənclik şəhəri”nin təmsilçisi qələbə qazanıb, 13-də hərəyə bir xal düşüb. Topların nisbətində “şirlər” öndədi – 62:47.
Sabah – Turan Tovuz
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+1=2-2, 6:9.
2022/23 - 3:1, 0:2; 2023/24 - 0:3, 1:1; 2024/25 – 2:2.
Cəzalılar: İqor Noqeyra (Sabah), Kauan Martins (Turan Tovuz).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı, “Bank Respublika Arena”. Saat 17.00.
“Sabah” bu oyunda da qələbə qazanmayacağı təqdirdə Vasili Berezutskinin rəhbərliyin qəzəbinə tuş gəlməsi mümkündü. Meydan sahibləri də, qonaqlar da 3 xala hava-su kimi ehtiyac duyur. Axı sonda avrokuboklara yalnız 4 komanda qatılacaq. Sonda “Sabah”la “Turan Tovuz”dan birinin çıxdaş olması tam real variantdı.
Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 4-də Masazır, 3-də Tovuz təmsilçisi qalib gəlib, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi – 14:13.
10 fevral
Araz-Naxçıvan – Kəpəz
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=0-2, 2:3.
2023/24 - 0:1, 1:2; 2024/25 – 1:0.
Cəzalı: Rauf Hüseynli (Kəpəz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.
“Araz-Naxçıvan” mövsümün ikinci yarısında arzuladığı nəticələri qazanmaqda çətinlik çəkir. Muxtar Respublika təmsilçisi son üç oyunun yalnız birində qələbə qazanmaqla 2-ci pillədəki yerini təhlükəyə atıb. Bu üzdən “qırmızı-ağlar”ın “Kəpəz”lə matça yetərincə ciddi yanaşacağı şübhə doğurmur. Düzdü, meydan sahiblərini favorit saymaq olar. Lakin “Turan Tovuz” və “Sabah” kimi iddialı rəqibləri məğlub edən gəncəlilərə ciddi yanaşmaqda fayda var.
Komandalar indiyə qədər 10 dəfə üz-üzə gəlib. Bunların 4-də Naxçıvan, 6-da Gəncə təmsilçisi üç xala yiyələnib. Topların nisbətində “Kəpəz” öndədi – 20:11.
Zirə – Neftçi
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 18:+11=3-4, 21:13.
2015/16 – 2:0, 3:0; 2016/17 – 2:0, *; 2017/18 – 1:0, 0:3; 2018/19 – 1:2, 0:0; 2019/20 – 1:0; 2020/21 – 1:0, 1:0; 2021/22 – 1:2, 1:0; 2022/23 – 0:3, 1:1; 2023/24 - 1:1, 3:1; 2024/25 – 2:0.
* texniki nəticə top fərqində nəzərə alınmayıb.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.
Ötən tur “Qarabağ”a meydanı dar edən “Zirə”nin “Neftçi”ylə matçda da inamlı və baxımlı oyun sərgiləyəcəyi gözlənilir. Ona görə ki, Rəşad Sadıqovun gözünü 2-ci pilləyə dikən komandası büdrəməyi ağlından belə keçirmir. Yoxsa 7 oyunluq məğlubiyyətsizlik seriyasına malik olmazdı. “Neftçi”nin məqsədi həm öz mövqeyini yaxşılaşdırmaq, həm də rəqibin uğurlu seriyasına son qoymaq olacaq.
Komandalar indiyə qədər 36 dəfə qarşılaşıb. Bunların 14-də “qartallar”, 13-də “ağ-qaralar” qalib gəlib, 9-da “sülh” qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi – 40:36.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta