AZ

“Kamaz” aşdı, sürücü altında qalıb öldü

Balakən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində olub.

Belə ki, “Kamaz” markalı beton qarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində o “Kamaz”ın altında qalaraq aldığı xəsarətdən ölüb.

Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr