Balakən rayonunda “Kamaz” sürücüsü iş zamanı ölüb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində olub. Belə ki, “Kamaz” markalı beton qarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində o “Kamaz”ın altında qalaraq aldığı xəsarətdən ölüb.