“Vanspor”un komanda avtobusuna hücum: 3 nəfər yaralandı - VİDEO
Türkiyənin Elazığ bölgəsində “Vanspor”un komanda avtobusu daşlı hücuma məruz qalıb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Elazığspor”un 2:1 hesablı qələbəsi ilə başa çatan “Elazığspor”-“Vanspor” matçından sonra baş verib. Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb. Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib: “Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, “Vanspor”un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi”.