AZ

Türkiyədə futbol komandanın avtobusuna hücum - yaralılar var - Video

Türkiyənin Elazığ bölgəsində "Vanspor"un komanda avtobusu daşlı hücuma məruz qalıb...

Poliqon Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə "Elazığspor"un 2:1 hesablı qələbəsi ilə başa çatan "Elazığspor"-"Vanspor" matçından sonra baş verib.

Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.

Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:

"Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, "Vanspor"un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi". (qafqazinfo)

Poliqon.info 


 
 
 

Seçilən
49
12
poliqon.info

10Mənbələr