AZ

SSRİ xalq artisti vəfat etdi - Foto

SSRİ xalq artisti Oleq Strijenov 96 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun köməkçisi məlumat verib.

Fevralın 7-də SHOT Teleqram kanalı aktyorun beyin infarktı keçirdiyi barədə məlumat yayıb.

Strijenov "Ovod", "Qırx birinci", "Ağ gecələr", "Xoşbəxtliyin valehedici ulduzu" və başqa filmlərdə rol alıb.

2009-cu ildə sənətçi kinoya verdiyi töhfəyə görə "Qızıl Qartal" mükafatına layiq görülüb.

Seçilən
49
3
axar.az

10Mənbələr