SSRİ xalq artisti Oleq Strijenov 96 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun köməkçisi məlumat verib.
Fevralın 7-də "Şot" Teleqram kanalı aktyorun beyin infarktı keçirdiyi barədə məlumat yaymışdı.
Strijenov "Ovod", "Qırx birinci", "Ağ gecələr", "Xoşbəxtliyin valehedici ulduzu" və başqa filmlərdə rol alıb.
2009-cu ildə sənətçi kinoya verdiyi töhfəyə görə "Qızıl Qartal" mükafatına layiq görülüb.