Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 23-cü turunda “Adana Demirspor” futbolçuları “Qalatasaray”la matçda meydanı tərk edib.
Heftelik.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.
Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:
“Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik”.
“Penaltı olmaması ehtimal daha çox idi” – “Qalatasaray” baş məşqçisindən rəqib komandaya dəstək