Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 23-cü turunda "Adana Demirspor" futbolçuları "Qalatasaray"la matçda meydanı tərk edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.
Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:
"Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik".
Milli.Az