AZ

Rumıniyanın Ətraf Mühit naziri COP29-dan sonrakı iqlim gündəmi və gələcək çağırışlar haqda danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Bakıda COP29-da qəbul olunmuş əlamətdar qərarlar qlobal iqlimhədəflərinə çatmaq və inkişaf etməkdə olan ölkələrə dəstəkbaxımından mühüm addımdır.

Bunu Trend-əözəl müsahibədə Rumıniyanın Ətraf-mühit, Sular və Meşələr naziriMirça Feçet bildirib.

O, Yeni İqlim Maliyyəsi Hədəfi (2035-ci ilə qədər 300 milyarddollar) haqqında danışaraq xatırladıb ki, yeni kollektiv kəmiyyəthədəfi (NCQG) 2009-cu ildə qoyulmuş əvvəlki illik 100 milyarddollarlıq hədəfi üç dəfə üstələyib.

“Bu öhdəliklər iqlim təsirlərinin fəsadların yumşaldılması,adaptasiya və bərpa baxımından inkişaf etməkdə olan ölkələrdətəxirəsalınmaz maliyyə tələbatlarına cavab verir. Bəzi tənqidçilərbu məbləğin kifayət etmədiyini hesab etsələr də, artırılmış maliyyəəlavə dövlət və özəl investisiyaların səfərbər olunmasına yönəlibki, bu da daha “təmiz” iqtisadiyyatlara keçidə və iqlimdəyişikliyinə dayanıqlılığın möhkəmləndirilməsinə təkan verir. Buhədəf eyni zamanda zəruri dəstəyin artan miqyasını nəzərə alaraq,2035-ci ilə qədər illik 1,3 trilyon dollara aparan yolu açır”, -deyə nazir bildirib.

Feçet COP29-da işə salınmış İtki və Zərər fondu iqlimdəyişikliyinin ağır fəsadlarından əziyyət çəkən həssas ölkələrimaliyyə resursları ilə təmin etdiyini əlavə edib.

“Öncəki konfranslarda əldə olunmuş razılaşmalara əsasən, Fondiqlimlə bağlı fəlakətlərdən daha çox əziyyət çəkən ölkələrinyenidənqurma və bərpa işləri üçün məqsədyönlü dəstək almasını təminedəcək. Bu mexanizm bilavasitə iqlim ədalətliliyinin suallarınacavab verir, iqlimlə bağlı fəsadlardan qeyri-proporsional şəkildəəziyyət çəkən ölkələrə yardımın göstərilməsində inkişaf etmişölkələrin məsuliyyətini vurğulayır”, -deyə o qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Paris sazişinin 6-cı maddəsiəsasında yüksəkinteqrasiyalı karbon bazarları üçün təsbit olunmuşqaydaları karbon kreditlərinin beynəlxalq ticarəti üçün lazımimexanizmlər yaradır.

"Bu, ölkələrin emissiyaların azaldılması məqsədlərinə səmərəlinail olmasına imkan verən şəffaf və tənzimlənən sistemformalaşdırır, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə bərpaolunan enerji və ətraf mühitin mühafizəsi layihələrinəinvestisiyaları təşviq edir. Ölkələr arasında karbon kreditləriticarəti və ekoloji bütövlüyün təmin edilməsi sayəsində bu sazişinəhəmiyyətli iqlim maliyyəsini cəlb edəcəyi və qlobal emissiyalarınazaldılmasını stimullaşdıracağı gözlənilir", – deyə o əlavəedib.

Feçetin sözlərinə görə, qəbul edilmiş qərarlar maliyyəaxınlarının Paris Sazişinin hədəfləri ilə uyğunlaşdırılmasında,davamlı inkişafın dəstəklənməsində və inkişaf etməkdə olanölkələrin dayanıqlılığının artırılmasında mühüm irəliləyişdir.

"Bununla belə, maliyyələşdirmə həcminin artırılması və icradaədalətin təmin edilməsi kimi çağırışlar qalır. Bu səylər qlobaliqlim gündəminin tam icrası üçün gələcək COP konfranslarında əlavətəkmilləşdirmə və tədbirlər tələb edəcək", – deyə o bildirib.

Feçet vurğulayıb ki, Azərbaycanda COP29-da qəbul edilmişqərarların həyata keçirilməsində əsas vəzifə maliyyə resurslarınınsəfərbər olunmasıdır.

“Söhbət 2035-ci ilə qədər 300 milyard dollarlıq hədəfə nailolmaq üçün tələb olunan mexanizmin işə salınması və həm dövlət, həmdə özəl sektordan ianələrin təmin olunmasından gedir. Çağırışlararasında – bəyan olunmuş 300 milyard dollar məbləğ və hesablamalaragörə 2035-ci ilə qədər hər il tələb olunan 1.3 trilyon dollarlıqməbləğ arasındakı böyük fərqi azaltmaq, həmçinin ölkələr arasındamaliyyə öhdəliklərinin ədaləlti şəkildə bölüşdürülməsi ilə bağlıortaya çıxan ixtilaflı məsələlərin həlli yer alır. Həmçinin 6-cıMaddəyə müvafiq olaraq karbon bazarlarının opertivləşdirilməsi, ocümlədən karbon kreditlərinin ticarəti üzrə idarəetməmexanizmlərinin yaradılması və şəffaflığın təmin edilməsi sondərəcə vacibdir”, -deyə o qeyd edib.

Nazir hesab edir ki, vacib olan digər tapşırıq inkişaf etməkdəolan ölkələrin potensialının gücləndirilməsidir.

"Bu, uyğunlaşma tədbirlərini yaxşılaşdırmaq, karbon bazarlarındaiştirak etmək və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF)çərçivəsində hesabat tələblərinə əməl etmək üçün texniki və maliyyədəstəyinin təmin edilməsini nəzərdə tutur. Bu sahədə mövcud olançətinliklərdən biri resursların və biliklərin əlçatarlığındakıqeyri-bərabərlikdir ki, bu da ədalətli iştiraka mane ola bilər.Daxili prioritetlər və iqtisadi qeyri-sabitlik kimi siyasi vəiqtisadi maneələr də ciddi problemlər yaradır," – deyə Feçet qeydedib.

O vurğulayıb ki, bu maneələri aşmaq üçün qlobal əməkdaşlığa,milli maraqların beynəlxalq iqlim hədəfləri ilə əlaqələndirilməsinəvə dəyişən şərtlərə uyğunlaşa bilən dayanıqlı mexanizmlərinyaradılmasına ehtiyac var.

“Əlaqələndirilmiş səylər və şəffaflığa, ədalətə xüsusi diqqətinayrılması sayəsində, COP29-da elan olunmuş öhdəliklər qlobal iqlimhədəflərinə nail olmağımızda əhəmiyyətli tərəqqiyə yol aça bilər”,-deyə nazir vurğulayıb.

“COP29-da qəbul olunmuş qərarlar “COP Üçlüyü”nün birgə səyləriniəhəmiyyətli şəkildə formalaşdırmış olacaq, belə ki, COP30-dasədrlik Braziliyaya keçir. Bu nəticələr iqlim maliyyəsi, karbonbazarları və şəffaflıq kimi əsas sahələrdə davamlılığı təminedir.”, -deyə o bildirib.

Feçet vurğulayıb ki, 300 milyard dollarlıq illik iqlimmaliyyələşməsinin səfərbər olunması üzrə yeni hədəfin qoyulması“Üçlüyün” üzərinə son dərəcə vacib bir vəzifə qoyur – bu vəzifədayanıqlı tərəqqini təmin etməkdən ibarətdir.

“Azərbaycanın COP29-a sədrliyi bu resursların səfərbərolunmasının təməlini qoyub, hərçənd Braziliyanın vəzifəsihesabatlılıq prinsiplərinə riayyət etməklə özəl investisiyalarıncəlb edilməsi ilə bağlı innovativ strategiyaların hazırlanmasındanibarət olacaq. Həmçinin İtki və Zərər Fondunun gələcək fəaliyyətiüzrə əlaqələndirilmiş işə ehtiyac var. Azərbaycanın ölkələrarasında etibarın möhkəmləndirilməsində nail olduğu uğur,Braziliyanın Fondu idarəetmə həssas ölkələrin təcili ehtiyaclarınınödənilməsi üçün vəsaitlərin bölüşdürülməsi üzrə mexanizmlərininmükəmməlləşdirməsinə kömək edəcək. “Üçlük” bu mexanizmə olangözləntilərlə bağlı məsələlərin həllində bu dinamikanı qoruyubsaxlamalıdır.”, -deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, 6-cı maddə çərçivəsində karbonbazarlarının qaydalarının tərtibatının yekunlaşması, tullantılarınazaldılması üzrə beynəlxalq əməkdaşlığın təməlini qoyur.

"Braziliyanın rolu, xüsusilə ölkənin əhəmiyyətli təbii karbonuducularını nəzərə alaraq, bu bazarların necə effektiv işləyəbiləcəyini nümayiş etdirmək baxımından həlledici rol oynayacaq."Üçlük" COP29-da müəyyən edilmiş ekoloji təminatlar və şəffaflıqstandartlarının həyata keçirilməsində ardıcıllığı təmin edəcək.

Ölkələr öz gücləndirilmiş şəffaflıq strukturu çərçivəsindəşəffaflıq üzrə ikiillik hesabatlarını hazırladıqları bir vaxtda,“Üçlük” xüsusilə inkişaf etməkdə olan ölkələrdə potensialınartırılması baxımından vacib rol oynayacaq. Braziliya böyükehtimalla, regional əməkdaşlıq və həmin hesabatlar üzrə tələbələrriayyət olunmasını möhkəmləndirmək baxımından bu səylərə əsasdəstəyi göstərəcək.

Nəhayət, Braziliyanın sədrliyi COP29-un uğurlarını COP30-da dahaiddialı hədəflərə nail olmaq üçün bir bazis kimi istifadə edəcək.Bu, 2025-ci ilə qədər təqdim edilməli olan yenilənmiş millisəviyyədə müəyyən edilmiş töhfələrin (NDC) razılaşdırılmasını daəhatə edir. "Üçlük" əldə edilən tərəqqinin itirilməməsini və Bakıdaəldə edilən razılaşmaların Braziliyada konkret nəticələrə gətiribçıxarmasını təmin etmək üçün tədbirləri əlaqələndirəcək. "Üçlüyün"birgə işi COP29-da götürülən öhdəliklərin real iqlim tədbirlərinəçevrilməsində həlledici rol oynayacaq", – deyə nazirvurğulayıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
0
2
az.trend.az

4Mənbələr