AZ

KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib

Bakı. Trend:

Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılmasıprosesinin keyfiyyətinin yüksəlməsinə və sahibkar məmnunluğunundaha da artmasına xidmət edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ISO10002:2018 “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti,Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” beynəlxalqstandartı üzrə sertifikat təqdim edilib. Bu beynəlxalq standartşikayətlərin quruma daxil olması, onların nəzərə alınması, həlli vəcavablandırılması prosesini qiymətləndirir, şikayətlərə baxılmasıişinin daha effektiv həyata keçirilməsi üzrə tələbləri müəyyənedir.

2024-cü ilin sonlarında başlayan sertifikatlaşma prosesiçərçivəsində Agentliyin müvafiq sahədə prosedurları və iş təcrübəsidaha da təkmilləşdirilərək beynəlxalq standartın tələblərinəuyğyunlaşdırılıb, KOBİA-nın aidiyyəti struktur bölmələrininəməkdaşları təlimlərə cəlb olunub.

Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılmasıprosesinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və sahibkarməmnunluğunun daha da artırılmasına xidmət edəcəkdir.

Məqalədə:
Seçilən
14
10
az.trend.az

10Mənbələr