AZ

Qızılın qiymətində yeni rekord

ABŞ prezidenti Donald Trampın yeni tarif planları qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırdıqca, investorlar etibarlı "sığınacaq" olaraq qəbul edilən qızılı almağa davam edirlər.

Marja.az xəbər verir ki, Trampın ABŞ-a idxal edilən polad və alüminiuma 25 faizlik yeni gömrük rüsumu (tarif) tətbiq edəcəyini açıqlaması, çərşənbə axşamı və ya çərşənbə günü bütün ölkələrə tətbiq olunacaq qarşılıqlı tariflər tətbiq edəcəyini bildirməsi  - qızıla olan tələbatı daha da gücləndirib. 

Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 1 faiz artaraq 2890 dollara yüksəlib.

Analitiklər bildirirlər ki, qlobal ticarət gərginliyi davam etdiyindən qızıl qiymətləri yaxın müddətdə 2900-2910 dollara çata bilər.

Seçilən
27
13
marja.az

10Mənbələr