ABŞ prezidenti Donald Trampın yeni tarif planları qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırdıqca, investorlar etibarlı "sığınacaq" olaraq qəbul edilən qızılı almağa davam edirlər.
Marja.az xəbər verir ki, Trampın ABŞ-a idxal edilən polad və alüminiuma 25 faizlik yeni gömrük rüsumu (tarif) tətbiq edəcəyini açıqlaması, çərşənbə axşamı və ya çərşənbə günü bütün ölkələrə tətbiq olunacaq qarşılıqlı tariflər tətbiq edəcəyini bildirməsi - qızıla olan tələbatı daha da gücləndirib.
Beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 1,5 faiz artaraq 2900 dolları keçib. Bakı vaxtı ilə saat 16:40-da qızılın unsiyası 2904 dollardan ticarət olunub.
Analitiklər bildirirlər ki, qlobal ticarət gərginliyi davam etdiyindən qızıl qiymətləri yaxın müddətdə 2900-2910 dollara çata bilər.