AZ

Azərbaycan millisi (U-17) Belarusda İnkişaf Kuboku turnirində iştirak edəcək

Azərbaycan millisi (U-17) Belarusda İnkişaf Kuboku turnirində iştirak edəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştrak edəcək. Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millimizin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik:

Seçilən
40
1
operativmedia.az

8Mənbələr