17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Qeyd edək ki, qrup mərhələsinin II turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı qapıçı Elbrus Kərimov seçilmişdi.