Ötən il Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 804,91 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 6,7% çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 086,6 mln. kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 565,5 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb.